“Bu yürüş bütün Azərbaycan və türk xalqı üçün vacibdir..”-Foto-video
Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanların ildönümə həsr olunmuş anım mərasimi keçirilib.
Agsaqqallar.com bildirir ki, bu məqsədlə 300-ə yaxın şəhid anası, qəhrəmanların ailə üzvləri, deputatlar, din xadimlərinin iştirakı ilə II Fəxri Xiyabana yürüş keçirilib. Milli Qəhrəman Polad Həşimovun məzarını ziyarətlə başlanan yürüş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə davam etdirilib. Şəhid anaları birgə Azərbaycan himnini oxuyaraq “Qarabağ Azərbaycandır” şüarını səsləndiriblər.
Bir bayrağın ətrafında qürurla himn oxuyan şəhid analarının anası sayılan general Polad Həşimovun anası Səmayə Həşimova bildirib ki, bu yürüş bütün Azərbaycan və türk xalqı üçün vacibdir: “Belə qartalları, torpaqları işğaldan azad edənləri belə toplum şəkildə gəlib görməyimiz bizim üçün çox önəmlidir”.
Artıq neçə müddətdir ki, Vətən müharibəsində şəhid olan qardaşlarımızın övladları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır!” layihəsinin silsilə tədbirləri həyata keçirilir. “Fire Land Production”un və
layihənin rəhbəri Cəlal Qurbanov hər zaman dövlətəhəmiyyətli layihələr həyata keçirib.
qeyd edək ki, vətənpərvərliyi ilə seçilən vətənpərvər şair layihənin bölgələrdə də icra olunacağını bildirib..
Agsaqqallar.com