Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. Bu yol bütün dünyaAzərbaycanlılarınAzərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi deməkdir. 47 il bundan əvvəl başlanan yol bundan sonra Azərbaycan üçün aparıcı yol olacaq və Azərbaycan xalqı daimi ulu öndər Heydər Əliyev yolu ilə gedəcəkdir.

Heydər Əliyev

1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır.

1969-cı ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə həm SSRİ-i məkanında, həm Azərbaycanda sosial,iqtisadi, siyasi, mədəni və ictimai həyata nəzər salsaq, Azərbaycanın o dövrdə bir respublika kimi SSRİ-nin müttəfiq bir respublikası kimi iqtisadi baxımdan ittifaq miqyasında digər respublikalardan geri qaldığını görərik. İstər kənd təsərrüfatının istehsalı, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Azərbaycanın iqtisadi baxımdan inkişafdan geridə qalması müşahidə olunurdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. SSRİ dağılmaq ərəfəsində bir neçə müttəfiq respublika iqtisadi baxımdan özünü təmin edə bilərdi. Bunlardan biri Rusiya Federasiyası, Ukrayna, digəri isə Azərbaycan idi. Qalan respublikalar Ittifaq büdcəsi hesabına yaşayırdılar,ittifaq büdcəsindən əlavə vəsaitlər alırdılar, halbuki Azərbaycan özü-özünü maliyyələşdirmək imkanına malik idi. Bütün bunlar da ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli bir rol oynadı. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Milli şüurun inkişafı, milli tarixin öyrənilməsi, milli kadrların yetişdirilməsi, o cümlədən, Azərbaycanda milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə, bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı. Ulu öndər Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü, fundamental əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyəti ilə bağlı çox əhəmiyyətli tədqiqat işləri, fundamental kitablar yazılıbdır. Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri Azərbaycanın dönüş, dirçəliş dövrü idi. Ulu öndər Heydər Əliyevin yaratdığı həmin əsaslar 1988-ci ildə Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının yenidən baş qaldırdığı bir vaxtda özünü xalqın ayağa qalxmasında büruzə verdi. Ümummilli lider Heydər Əliyevin yetişdirdiyi milli kadrlar müstəqil Azərbaycanın yaradılmasında rol oynamaqla ərazi bütövlüyünün qorunmasında ciddi iş apardılar. Dahi rəhbərimizin başladığı siyasət milli ordunun quruculuğu istiqamətində, iqtisadi-sosial həyatda atılan addımlar bizim üçün çox əhəmiyyətli bir rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyubdur. 1993-1998, 1998-2003 -cü illərdə Azərbaycanın rəhbəri olduğu dövrdə başladığı müstəqil Azərbaycanın quruculuğu işlərini davamlı olaraq həyata keçirmişdir və müstəqil dövlətin quruducusu, yaradıcısı kimi Azərbaycan tarixində ümummilli lider səviyyəsində özünə yer tutmuşdur. Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır

1993-cü il iyunun 15-i  isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır.

Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab Prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Hadisələrin sonrakı gedişatı göstərirdi ki, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bu tarixi məsuliyyət isə Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali Sovetin Sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımdan təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz.

 

1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. O, Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtardı. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi. Əhalidə saxlanılan külli miqdarda silah-sursat yığıldı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Şübhəsiz Azərbaycana qarşı törədilən bütün əməllər onun müstəqilliyinə yol verməmək üçün idi. Dövlətə və xalqa həqiqi müstəqillik gətirəcək bir şəxsin yenidən ölkə rəhbərliyinə qaytarıldığını və xalqın mütləq çoxluğunun dəstəyini qazandığını görənlər əbəs yerə əl-ayağa düşərək dalbadal təxribat, terror, sui-qəsd və dövlət çevrilişinə cəhd etmələrini düşünmək sadəlöhvlük olardı. Çünki onların bədnam niyyətlərinə son qoyan böyük siyasi xadimin yenidən dövlət sükanı arxasına keçdiyini gözəl anlayırdılar. Bu dövrdə artıq Azərbaycanın dostları da, bədxahları da əmin oldular ki, müstəqilliyimizi geriyə döndərəcək heç bir qüvvə mövcud deyildir. Azərbaycan xalqı öz rəhbərinə inanır, güvənir və dəstəkləyir. Müdrik və uzaqgörən rəhbər isə xalqını müstəqilliyin çətin, mürəkkəb və keçməkeşli yolları ilə inamla irəliyə aparır.

1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq – bunların heç biri olmayacaqdı. 1993-cü il iyun ayının 9-da dahi Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır.Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır.  Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və nəhayət, H.Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur. 2001-ci il Dünya Azərbaycanın I Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub.

Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Azərbaycan Respublikası Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin söylədiyi fikirlər xüsusi maraq doğurur: ”Heydər Əliyev iki əsrin  ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının,özlərinə inamının qorunub  saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində, o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”.  Gördüyü bütün təqdirə layiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev  Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir.

Cənab Prezidentimiz haqqında ABŞ-ın nüfuzlu politoloqlarından olan Zbiqnev Bjezinskinin qeyd edir: “Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konsruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti məndə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi.İndi isə O, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”. Sevindirici haldır ki, bizim cənab İlham Əliyev kimi qətiyyətli, əhalinin qayğısına qalan, insanlarla tez-tez təmasda olan, ölkəmizin təhlükəsizliyini qoruyan, ölkəmizi modern ölkəyə çevirən, cəmiyyətdə demokratik dəyərləri qoruyan prezidentimiz var.

Taleh Qaraşov

Dərin hörmət və ehtiramla,

Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı

Millixəbər.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR