“Beynəlxalq CEO Sosial Elmlər Konfransı” keçirilib
2021 Beynəlxalq CEO Sosial Elmlər Konfransı 19-22 Avqust tarixlərində Gürcüstanın ən böyük universiteti olan Gürcüstan Milli Universitetinin ev sahibliyi ilə keçirilib.
Gürcüstan Milli Universiteti, Balıkesir Universiteti, Beynəlxalq Vizyon Universiteti, Bolu Abant İzzet Baysal Universiteti, Beynəlxalq Gorazde Universiteti, Nişantaşı Universiteti, Kıbrıs Qərb Universiteti, Prizren Universiteti, CEO Tekmer, Dilkur Nəşriyyat, Insec və EUJMR ev sahibliyi ilə keçirilən konfrans onlayn formada təşkil edilmişdi. Konfransda 7 qitədən olmaqla 123 qurumdan 209 akademik tərəfindən hazırlanan 132 elmi məqalə və əsərlər 22 seansda təqdim edildi.
CEO Konfransı İstiqlal Marşı ilə başladı. Daha sonra “Covid-19 Pandemiyasının Təhsilə Təsiri” mövzusunda, dünyanın 12 fərqli ölkəsindən mütəxəsislərin, akademiklərin, fikirləri və strategiyaları dinlənildi. “Araşdırma Metodları” mövzusunda Prof.Dr. Şevki Özgener və Prof.Dr. Remzi Altunışık tərəfindən konfrans iştirakçılarına məlumat verildi və iştirakçıların sualları cavablandırıldı.
CEO Konfransının açılışında Aksaray Bələdiyyə Başçısı Dr. Evren Dinçer, Əfqanıstan Ali Təhsil Nazirinin müavini Dr. Abdul Tawab Balakarzai və keçmiş dövlət naziri Faruk Çelik açılış nitqini etdi. Nazir Faruk Çelik, açılış nitqində CEO Konfransı haqqında məlumat verdikdən sonra, Covid 19 pandemiyasından sonrakı dövrdə ünsiyyət, iqtisadiyyat, idarəetmə və təşkilat sahələrində dünyada baş verən dəyişikliklər haqqında məlumat verdi.
Koordinator Mohammed Abubakarın təşkilatçılığı ilə keçirilən 2 -ci Beynəlxalq CEO Konfransı haqqında məlumat verən Prof. Dr. Himmet Karadal, təşkil olunmuş Beynəlxalq CEO Konqresinin dünya miqyasında ən bariz nümunələrindən biri olduğunu söylədi.
Beynəlxalq CEO Sosial Elmlər Konfransında Azərbaycandan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov çıxış etdi. Assoc.Prof. Dr. Mürtəza Həsənov “Enerji Güvenliği Perspektifinden Azerbaycan’ın Enerji Stratejisi Ve Bölgesel İşbirliğinin Önemi” mövzusunda konfrans iştirakçılarına məlumat vermdi və iştirakçıların suallarını cavablandırdı.
Bağlanış mərasiminda CEO Konqrenin fəaliyyəti qiymətləndirildi və ən yaxşı çıxış sahibləri mükafatlandırıldı . Həmçinin bağlanış mərasiminə rəhbərlik edən Prof. Dr. Mustafa TÜMER konfrans koordinatorları olan Dos. Dr. Azər Dilançıv, Kerim Karadal, İlhan Alyay və Murat Erə təşəkkürlərini bildirdi.