Azərbaycana 2, Ermənistana 4 hərbi əsir qaytarıldı
Bakı və Yerevan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi baş tutub.
Bu barədə jurnalistlərə açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov deyib.
“Bu gün növbəti dəfə hərbi əsirlərin mübadiləsi prosesi oldu. Şəxsi nəzarətim altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan iki azərbaycanlını Bakıya təslim etdi. 4 erməni hərbi əsiri isə Yerevana qaytarıldı”, – deyə Muradov bildirib.
Oxşar Xəbərlər
- Türk Ağsaqqalları Birliyi – TAİB-in üzvləri Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyevin məzarını ziyarət ediblər
- TAİB-in Qadınlar Şurasının sədr müavini, dosent Mehparə Əliyeva: “TDT-ya üzv ölkələrin, eyni zamanda azsaylı türk xalqlarının qadınları ilə də əlaqələrimiz yüksək səviyyədə olacaq”
- “Star-2017 Mükafatı”nın sahibləri bəlli oldu