“YAŞAT” Fonduna nə qədər vəsait toplanıb?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu günə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 61 831 827 manat cəmlənib.

İanələrdən 34 109 883,84 manat xərclənib.

Toplanan məbləğin 17 174 826,5 manat fiziki şəxslər, 44 657 000,5 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Qeyd edək ki, 2020-ci il dekabrın 8-də Prezident İlham Əliyevin imzaladığı Fərman ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR