Jurnalistika təhqir və şantaj meydanı deyi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son günlər sosial şəbəkələrdə Mətbuat Şurasına qarşı xoşagəlməz yazılar yazılır. Belə ki, kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı qara kampaniyaya start verilib.
İlk qəzetin yaranma tarixindən bu yana nəzər salaq. Zaman etaplarında hər şey dəyişdiyi kimi qəzetçiliyin inkişafı da sürətləndi və internet əsrində özünəməxsus yer tutdu. Bu gün mətbuata dövlət tərəfindən böyük qayğı və diqqət var. Bu da mətbuatın inkişafı mərhələsinə böyük təkan verir.: Jurnalistika peşəsinə və jurnalistlərə qayğı göstərilməsi üçün dövlət tərəfindən xüsusi layihələr gerçəkləşdirilib. Bizim həftəlik qəzetimiz oxunaqlı qəzetlərdən biri jurnalistikanın peşə prinsiplərinə sadiq olaraq ölkənin ictimai-siyasi həaytındakı bütün hadisələrə reaksiya verir, xalqla əl-ələ addımlayır. İstər cəbhə, istər ucqar dağ rayonları, hara olur olsun biz varlığımızı hiss etdiririk. Qəzetçilikdə əsas meyar maraqlı xəbərlər, araşdırma və təhlil yazıları, diqqətçəkən reportajlar, oxucunu cəlb edən müxtəlif aktual, sosial problemlərlə bağlı məqalələrlə oxucuları cəlb edib, onların rəğbətini qazanmaqdı. Eləcə də, redaksiyaya olan müraciətlərə anında, isti münasibət də qəzetin yaşamasına təkan verir. Bu gün bəziləri demokratiyanı əldə bayraq tutub, böhtan, yalan yazmaqdan, kimlərəsə qara yaxmaqdan çəkinmirlər. Məhz belələrinin günahı ucbatından jurnalistika müəyyən qədər dəyərini itirmək məcburiyyətində qalıb. Belələrinə qarşı qəti mübarizə aparılmalıdır ki, Azərbaycan mediası, jurnalistikası sağlamlaşsın. Burda “reket jurnalistikası”nın əməkdaşları ilə birgə onlara şərait yaradanları da qınamaq lazımdı. “Qara siyahı”ya düşməyə səbəb nədir bəs? Bəziləri bunda birmənalı olaraq dövləti ittiham edirlər. Amma bilmirlər ki, bu siyahıya düşənlərin yazılarında jurnalistikanın prinsipləri kobud formada pozulur, yazılarda təhqir, şantaj elementlərindən açıq istifadə edirlər. Jurnalistika təhqir və şantaj meydanı deyil. Biz həmişə Mətbuat Şurasının işini dəstəkləmişik və həmişə də onlarla birgəyik!

Ramin Əhmədov
“Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR