Haqqımızda Əlaqə

“Makron öz maraqları üçün erməniləri maşa kimi istifadə edir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Fransa prezidenti Emmanuel Makronun Ermənistana planlaşdırılan səfəri rəsmi Parisin ermənipərəst mövqeyinin növbəti dəfə nümayişi olacaq. Makron guya Ermənistanla geniş iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğu üçün İrəvana səfər etmək qərarına gəldiyi barədə imic yaratmağa çalışır. Amma proseslər göstərir ki, Makron erməniləri öz maraqları üçün maşa kimi istifadə edir. Çünki regional seçkilərdə uduzan Emmanuel Makrona reytinqini qaldırmaq üçün vasitə lazımdır. Fransa prezidenti Ermənistana səfər etməklə növbəti seçikilərə qədər ölkədəki erməni lobbisinin diqqətini çəkmək, orada yaşayan ermənilərin hörmətini, seçkilərdə isə səsini qazanmaq istəyir”. 

Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Fransa prezidenti Emmanuel Makronun Ermənistana gözlənilən səfərinin pərdəarxası barədə danışarkən deyib.

Media Qrupun rəhbəri Fransa prezidentinin öz ölkəsində nüfuzunun olmadığını, hakimiyyətdə olduğu dövrdə Paris və digər şəhərlərdə hökumətə qarşı silsilə mitinqlərin təşkil edildiyini, Fransa polisinin aksiyaları amansızlıqla yatırdığını deyib: “Markonun hakimiyyəti dövründə demək olar ki, hər gün “Sarı jiletlilər” hərəkatı Fransanın bütün şəhərlərində aksiyalar təşkil edib. Onların keçirdikləri aksiyalar amansızlıqla yatılırıb, etirazları təşkil edənlər vəhşicəsinə döyülüb. Bundan əlavə, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransada islamafob cinayətlərin sayı çoxalıb. Ölkədəki müsəlmanlar sıxışdırılır, məscidlərə silsilə hücumlar təşkil olunur. Bu mənfi tendensiyalar fonunda Makron hakimiyyətinin Fransada son regional seçkilərdə məğlub olması başadüşüləndir. Bu məğlubiyyət Makronun nüfuzunun aşağı düşdüyünün əyani sübutudur. Artıq Fransa cəmiyyəti də görür ki, Makron onların təmsilçisi kimi özünü doğrultmadı, islamofob və populizmə əsaslanan siyasət aparır. Yerli əhali arasında nüfuzunu itirən Fransa prezidentinin son ümid yeri miqrant kimi ölkəyə gəlib məskunlaşmış ermənilərə və özü kimi populist fikirlər səsləndirən Paşinyana qalıb”.

Ramin Əhmədovun sözlərinə görə, Markonun ermənipərəst addımları Fransanın ATƏT MQ həmsədri kimi mandatı ilə ziddiyyət təşkil edir: “Rəsmi Paris Minsk Qrupunun həmsədri kimi öhtəliklərini və məsuliyyətlərini dərk etməlidir. Fransa əgər ədalətli həmsədrdirsə, tərəf tutmamalı, tərəflərin barışmasına xidmət etməlidir. Makronun rəhbərlik etdiyi hökumət, istər Vətən Müharibəsi dövründə, istərsə də müharibədən sonrakı mərhələdə açıq şəkildə işğalçının tərəfindən çıxış edir. Əgər Fransa açıq şəkildə Ermənistanın mövqeyindən çıxış edirsə, o zaman Minsk Qrupundakı mandatını dondurmalıdır. Onsuz da bir işə yaramırlar, fəaliyyətsizdirlər, 30 il ərzində münaqişənin həllinə heç bir töhfə verməyiblər”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR