Türkiyə Futbol Federasiyası Azərbaycan xalqına təşəkkür etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib.

Qurumun rəsmi saytında “Təşəkkürlər, Qardaş Azərbaycan!” başlığı ilə yerləşdirilən xəbərdə deyilir:

“Dost və qardaş ölkə Azərbaycan AVRO-2020 zamanı və Bakıda oynadığımız iki matçda tribunaları qırmızı və ağ rənglərlə dolduraraq əla qardaşlıq ruhu göstərdi.

Milli komandamıza, federasiyamıza və bütün türk xalqına böyük dəstək göstərən və bizi ən yaxşı şəkildə qəbul edən Azərbaycan “bir millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi.

Bu münasibətlə Uelslə matçımıza prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan ilə birlikdə gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevə və AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla bütün qurum və təşkilatlara nümunəvi ev sahibliyinə görə təşəkkür edirik.

Azərbaycan və Türkiyənin birliyi və həmrəyliyinin əbədi davam edəcəyini bir daha bütün dünyaya nümayiş etdirən Azərbaycan xalqına milli komandamızın yanında olduğuna görə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Türkiyə millisi 16 və 20 iyul tarixlərində Uels və İsveçrə ilə A qrupunun matçlarını Bakı Olimpiya Stadionunda keçirib. Qrup sonuncusu olan “ay-ulduzlular” bu gün Bakını tərk edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR