" />
Haqqımızda Əlaqə

Ramin Əhmədov:”Ulu Öndərin ideyaları xalqımzın təkcə bu gününə deyil, həm də gələcəyinə işıq salır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr edib. Müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik edən ulu öndər ölkəmizin inkişafına böyük töhfələr verib. Heydər Əliyev adını Azərbaycanın tarixinə qızıl həriflərlə yazdırıb. Çünki müasir Azərbaycanın müstəqillik əldə etməsi və sonrakı inkişafı Heydər Əliyevin adı və səyləri ilə bağlıdır. Heydər Əliyevin böyük səyləri və dəmir iradəsi nəticəsində Azərbaycan xarici və daxili düşmənlərin hədəfindən yayına bilib. Ulu öndərin mükəmməl siyasi manevrləri nəticəsində Azərbaycan böyük faciələrdən, parçalanmalardan qurtula bilib. Xalqımız 1990-cı illərin əvvəllərində ağır zərbələrə, xəyanətlərə məruz qaldı. Amma Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və ağır dövrdə xalqına dayaq durması insanlarımızda ruh yüksəkliyi, gələcəyə inam və mübarizə eşqi yaratdı”.
Bu sözləri Missiya Media Qrupunun rəhbəri, YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Agsaqqallar.com saytına açıqlamasında deyib.
O, qeyd edibki, 15 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək. Çünki bu tarix Azərbaycan xalqının taleyində mühüm rola malikdi. Ulu öndər həmin tarixdən başlayaraq, Azərbaycanı qardaş qırğınından, etnik münaqişədən və xaosdan xilas planını işə saldı.:”Nəticə isə göz qabağındadır. Gənc Azərbaycan dövləti Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dayanıqlı iqtisadiyyatına və nüfuzlu siyasi güc mərkəzinə çevrilib. Bu uğurların kökündə də Heydər Əliyev ideyaları və bu ideyalara sadiq idarəçilik dayanır. Heydər Əliyevin ideyaları həmişə yaşayacaq və bütün dövrlərdə Azərbaycanın inkişafına töhfə verəcək. Ulu Öndərin ideyaları xalqımzın təkcə bu gününə deyil, həm də gələcəyinə işıq salır. Çünki o, elə bir mükəmməl siyasi irs yaradıb ki, bütün dövrlərdə Azərbaycan bundan faydalanacaq. Heydər Əliyev həqiqətən də Azərbaycanı böyük bəlalardan, qanlı müharibələrdən, super güclərin siyasi hesablaşma meydanı olmasında xilas etdi. Hər bir gəncimiz hazırda azad yaşadığı, fəxr etdiyi Azərbayanın hansı keşməkeşlərdən keçdiyini, hansı bəlalarla üzləşdiyini dərindən tədqiq etməlidir”. Azərbaycanın bu bəlalardan xilas olmasında Heydər Əliyevin danılmaz rolununu qeyd edən R. Əhmədov bildirib ki, bunu gənc nəsilə aşılamaq isə hər bir müəllimin, ziyalının və valideynin borcudur.
“Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini dərin hörmət və etiramla yad edir. Bu gün ulu öndərin siyasi prinsiplərinə sadiq siyasət yürüdən prezident İlham Əliyevin də Azərbaycanın inkişafındakı rolu danılmazdır. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. “Dəmir yumruq” əməliyyatından, Qarabağın qeydsiz-şərtsiz geri alınmasından sonra daha əminliklə deyə bilərik ki, bundan sonra da ölkəmizi böyük qələbələr, sosial-iqtisadi uğurlar gözləyir”-deyə YAP rəsmisi vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR