TAİB-in İdarə Heyətinin təmsilçilərinə üzvlük vəsiqəsi təqdim olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 İdarə Heyətinin iclasında təşkilatın fəaliyyətinə qiymət verilib, layihələr ətrafında müzakirələr aparılıb

Oktyabrın 26-da Türk Ağsaqqalları Birliyi – TAİB-in mərkəzi ofisində İdarə Heyətinin növbəti iclası keçirilib.

Missiya.Az xəbər verir ki, TAİB sədri, akademik Sudeyif İmamverdiyevin rəhbərliyi ilə keçirilən toplantıda əvvəlcə təşkilatın fəaliyyət proqramının icra vəziyyəti ətrafında müzakirələr aparılıb. TAİB sədrinin müavini Eyvaz Hünbətov sədrin iştirak etmədiyi tədbirlərin təşkilatçılıq səviyyəsi və keçirilmiş görüşlər barədə ətraflı məlumat verib. TAİB-in Yunus Əmrə yaradıcılığına həsr olunmuş Qax konfransının nəticələrindən danışan İdarə Heyətinin üzvləri təşkilatın fəaliyyət proqramından irəli gələn vəzifələrin həyata keçirilməsində hər hansı axsamanın qeydə alınmadığını bildiriblər.

İclas iştirakçıları sədrə məlumat veriblər ki, həm ölkənin, həm də türk dövlətlərinin ziyalı təbəqəsi, tanınmış elm və mədəniyyət adamları Türk Ağsaqqalları Birliyi –TAİB-in fəaliyyətinə böyük maraq göstərir və üzvlüyə qəbul olunmaq üçün rəsmi müraciətlər təqdim edirlər.

Iclasda İcra Aparatı tərəfindən hazırlanmış və TAİB-in son bir ay ərzində təşkil etdiyi tədbirləri və keçirilmiş görüşləri əks etdirən videomaterial da nümayiş olunub.

Çıxış edən TAİB İdarə Heyətinin üzvü, millət vəkili Elman Nəsirov təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və icra olunmuş xüsusi əhəmiyyətə malik layihələrə diqqət yönəldib. Elman Nəsirov 2023-cü ilin fəaliyyət proqramı layihəsinə öz təkliflərini də verib.

Qeyd edək ki, TAİB İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Anar İsgəndərov və Elşad Mirbəşiroğlu Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə bağlı bölgələrdə təşkil olunmuş tədbirlərdə iştirak etdiklərinə görə İH-nin iclasında iştirak edə bilməyiblər.

İclasda daha sonra TAİB-in İdarə Heyətinin üzvlərinə rəsmi üzvlük vəsiqəsi təqdim olunub. Sudeyif İmamverdiyev İdarə Heyəti üzvlərinin hər biri haqqında öz fikirlərini dilə gətirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. TAİB sədri onu da bildirib ki, nəfis tərtibatda və plastik kartlar şəklində hazırlanmış üzvlük vəsiqələri növbəti mərhələdə təşkilatın digər üzvlərinə də mərhələli şəkildə təqdim olunacaq.

İdarə Heyətinin üzvləri öz növbələrində qeyd ediblər ki, TAİB-in vəsiqəsini daşımaq onlar üçün şərəf məsələsidir.

Elcan

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR