Rusif Məmmədsoy:Türkiyə güclənir:“Qardaş ölkə regional aktora çevrilir”- Fransa narahatdır
![](https://agsaqqallar.com/wp-content/uploads/2021/05/uiuiuyi.png)
“Fransa parlamentində səslənən sərsəm fikirlərin bir çox səbəbi var: Bunlardan biri Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi, erməni lobbisinin Avropada, ABŞ-da və Fransada çox güclü olmasından qaynaqlanır”. Bu fikirləri politoloq Rusif Məmmədsoy söyləyib. Analitik bildirib ki, Fransa-Türkiyə münasibətləri hər zaman gərgin olub.
![](https://agsaqqallar.com/wp-content/uploads/2021/05/97c9a5404ceb7f6d4d035e30c73616c6-300x214.jpg)
Fransa Türkiyənin Afina əməliyyatına qarşı radikal addımlar atıb. Məşhur “Le monde” qəzetində belə bir məqalə yazıldı:“Kipr məsələsində Türkiyəyə icazə verdik, bu dəfə isə ona imkan vermək olmaz. Bununla Türkiyə güclənir”. Bir sözlə, Türkiyənin regionda hər hansı bir addımı Fransanı özündən çıxarır”.
R.Məmmədsoy yaxın illər ərzində Fransa-Türkiyə münasibətlərində yumşalma olacağını düşünmür:
“Qardaş ölkə regional gücə çevrilmək uğrunda mübarizə aparır. ABŞ da Türkiyəyə Fransa kimi münasibət göstərir. Türkiyəni NATO-nun əssas müttəfiqi kimi görmək istəmirlər. Ərdoğan dünənki çıxışında olduqca praqmatik davrandı. Bu da ondan qaynaqlanır ki, o, Türkiyə iqtisadiyyatının xüsusilə indiki pandemiya dövründə həssas olduğunu başa düşür.
Ona görə də düşünür ki, ABŞ-la münasibətlərə xələl gətirmək olmaz. Ərdoğan məcbur idi ki, Baydenlə “yumuşaq dildə” danışsın. O, Baydenlə sadəcə müttəfiqdir, tərəfdaş yox. Ərdoğan Fransaya da öz yerini göstərir, yəni, biz hələ də NATO-nun əsas müttəfiqiyik. Bu mənada Fransa parlamentindəki sərsəm bəyənatların arxasında onların ermənilərə göstərmək istədikləri qayğı, Ermənistandan umacaqları müəyyən qızıllar dayanır.
Məlumdur ki, Qarabağdakı sərvətlərimizi istismar edən ölkələrdən biri də məhz Fransa idi. Qızıl mədənlərimizdən oğurlanan qızılların əksər hissəsi Fransaya daşınırdı. Bu ölkənin səsləndirdiyi bəyanatlara fikir verməməliyik”.
Oxşar Xəbərlər
- Azərbaycan vətəndaşlarının 90,8%-i Prezidentə tam etibar edir – SORĞU
- İlham Əliyev bu ölkəni daha da inkişaf etdirib, həm ictimai-siyasi, həm də sosial-iqtisadi müstəvidə daha böyük uğurlara imza atacaq – Ramin Əhmədov
- Tərtərə düşmən hücumu nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırıldı