İlham Əliyev bu ölkəni daha da inkişaf etdirib, həm ictimai-siyasi, həm də sosial-iqtisadi müstəvidə daha böyük uğurlara imza atacaq – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu gün Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib. Cənab Prezident əvvəlcə əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
– Konstitusiyaya əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm! Sonra isə Qurani-Şərifə əl basaraq and içib: – Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. Cənab Prezident ötən müddət ərzində qeyd olunan bütün istiqamətlər üzrə xalqa ləyaqətlə xidmət etdi. Verdiyi bütün vədləri yerinə yetirdi. Həm daxili, həm də xarici siyasətdə müqayisəyəgəlməz uğurlar əldə olundu. Bəli, o xalqını həmişə uca tutdu, dediyi kimi, hər bir azərbaycanlının Prezidenti oldu. Bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır və bu reallıqların memarı məhz İlham Əliyevdir. İndi hər bir azərbaycanlı inanır ki, İlham Əliyev bu ölkəni daha da inkişaf etdirib, həm ictimai-siyasi, həm də sosial-iqtisadi müstəvidə daha böyük uğurlara imza atacaq.
Bu gün o xalqa ləyaqətlə xidmət edəcəyinə and içdi. Biz də and içirik! And içirik ki, dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət edəcək, onun göstərdiyi yolla yürüyəcək və bir əsgər kimi hər zaman LİDERİMİZİN əmrində dayanacağıq.
Biz sizinlə, dövlətimizlə qürur duyuruq, cənab Prezident!

 

“Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR