“Türkiyəyə yardım aksiyası davam edir” – Zaur Darğalı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyə üçün ilkin tələbat mallarının toplanması və Türkiyəyə yüklərin göndərilməsinə xidmət edən xeyriyyə kampaniyamız uğurla davam edir”.

Agsaqqallar.com xəbər verir ki, bunu Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı deyib: “Bu gün yardım aparan yük maşınlarımız Marneulidən Türkiyəyə yola düşdü, şadam ki, ən qısa müddətdə Türkiyə istiqamətində ilk yardımlarımızı yola sala bildik. Sözügedən xeyriyyə aksiyası davam edir və yaxın vaxtlarda Türkiyə xalqına bir daha yardım edəcəyik. Bu xeyriyyə aksiyasında əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR