“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli Qərarında dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Dəyişikliyə əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.