Azərbaycan ordusu Ağdam rayonuna daxil olub – RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.