Tanoyan Azərbaycan ordusunun gücünü belə etiraf etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir”.

“aysor.am” portalının verdiyi xəbərə görə, bu barədə Ermənistan müdafiə naziri David Tonoyan bildirib.

“Ermənistan Silahlı Qüvvələri, Müdafiə Nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət və ya məğlubiyyət kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükünün bütöv bir blokadası şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yaranıb.

“Biz çox böyük bir qüvvəyə – super silahlı Azərbaycan ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”, -deyə Tonoyan qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR