TAİB-in üzvləri “Türk ocağı”nı ziyarət ediblər
Bu gün Türk Ağsaqqalları Birliyi TK-nin üzvləri şöhhlet Əfşar, Şərafət Şəfa və Eyvaz Hünbətov “Türk ocağı”nı ziyarət ediblər.
Türk Ocağı Cəmiyyəti Cavad Axundzadə (Əhməd Cavad), Abdulla Şaiq Tahbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadə tərəfindən 1918-ci ilin sentyabrın 24-də Bakıda yaradılıb. 103 yaşlı cəmiyyətə tanınmış jurnalist Akif Aşırlı rəhbərlik edir.
Türk Ağsaqqallar Birliyinin yaranması münasibətilə təbrikindən sonra Akif Aşırlı iki təşkilat arasında əməkdaşlıq müqaviləsi bağlamağı təklif edib və TAİB-ə “Türk Ocağ”ının tarixindən bəhs edən kitablar hədiyyə edib.
Qeyd edək ki,dəyərli ziyalımız Türk Ağsaqqalları Birliyinin fəxri üzvlərindən olacaq.
Oxşar Xəbərlər
- TAİB-in sədri, akademik Sudeif İmamverdiyev: 20 Yanvar ildən-ilə xalqımızın yaddaşında daha da əbədiləşir
- İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının anım sərgisi keçirilib
- TAİB-in sədri, akademik Sudeif İmamverdiyev: “Azərbaycan Prezidentinin Türk Dünyasının birliyinə verdiyi töhfəyələri yüksək qiymətləndiririk”