Hikmət Hacıyev: “Təmas xəttində yaşayan əhali mətinlik göstərir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənistan silahlı qüvvələri tərəfindən atılan təxribat xarakterli addımlar nəticəsində 20-dən artıq azərbaycanlı mülki şəxs həlak olub, 50-dən artıq mülki şəxs yaralanıb”.

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan mülki şəxsləri, obyektləri hədəf almağa davam edir:

“Lakin buna baxmayaraq, ölkəmizin vətəndaşları, xüsusilə də təmas xəttində yaşayan əhali mətinlik göstərərək, Ermənistanın təxribatları qarşısında öz qətiyyətlərini bir daha nümayiş etdirirlər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR