Ölkə başçısının diqqətində olan 4 mühüm məsələ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Dövlət başçısının regionların inkişafı ilə bağlı keçirdiyi müşavirədə Azərbaycanın son dövlərdə qeyri-neft sektorunun inkişafında atdığı addımlar və qısa müddətdə əldə etdiyi uğurlarla bağlı söylədiyi fikirlər sevindirici haldır.

Bunu Axar.az-a Prezident İlham Əliyevin yanvarın 29-da “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkli vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və qarşısına qoyduğu strateji hədəflər öz müsbət nəticələrini verir:

“Birincisi, Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri ölkənin inkişafına çox böyük təkan verib. Eyni zamanda, nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişməsində böyük rol oynayıb.

İkincisi, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Bir çox hallarda aqrar sahədə uğurlar əldə olunub və yeni uğurlar da qarşıdadır. Hazırda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində qarşıda duran bütün vəzifələr uğurla yerinə yetirilir. Qeyri-neft sektorunun inkişafı qarşıda da ölkə iqtisadiyyatına böyük töhfələr verəcək. Bu sahəyə dövlətin ciddi diqqəti var və proses birbaşa ölkə rəhbərinin nəzarətindədir. İnanıram ki, Azərbaycan uğurlarının davamı yolunda bu istiqamətdə öz addımlarını atmaqda davam edəcək.

Üçüncüsü, turizmin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Prezidentin bu sahəyə böyük diqqəti ona dəlalət edir ki, yaxın zamanlarda bu sahənin ölkəmizə bəxş edəcəyi müsbət nəticələrin şahidi olacağıq. Turizm sektorunun inkişafını nəzərə alaraq, Qəbələ və Qusara dəmir yolunun çəkilişi nəzərə tutulub. Turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Çünki ötən il ölkəyə gələn turistlərin sayı xeyli artıb.

Dördüncüsü, Azərbaycanın həyata keçidiyi böyük regional layihələr öz bəhrəsini verir. Bakı-Tiflis-Qars dəmir yolu Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihə oldu. Ölkəmizin Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qısa müddət ərzində həll edib. Şərq-Qərb nəqliyyat dəhlizi reallaşıb, TANAP və TAP layihəsi həyata keçiriləcək. Bütün bunların hamısı Azərbaycanın güclü iqtisadi dövlət olduğunun göstəricisidir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlar ölkəmizi daha böyük uğurlara aparacaq:

“Azərbaycan nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu il 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayacaq. Azərbaycanın maliyyə vəziyyəti sabitdir. Beynəlxalq qurumlar ölkədə aparılan islahatları yüksək qiymətləndirir. Yaxın gələcəkdə ölkəmiz bir çox sahələrdə öz sözünü deyəcək, yeni uğurlara imza atacaq. Prezidentin Azərbaycanın dünya miqyasında əldə etdiyi iqtisadi uğurları və MDB ölkələri arasında birinci olmasını vurğulaması çox mühüm hadisədir. Dövlətimizin tutduğu yol qarşıdakı mövcud problemlərin aradan qaldırılması üçün ən uğurlu yoldur”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR