Türkiyə mediası “Qələbə!” müjdəsini verəcəyi anı gözləyir
Bir neçə gündür ki, bütün dünyanın diqqəti Qarabağa yönəlib. Dünya dövlətləri özləri də yaxşı bilirlər ki, Ermənistan təcavüzkar mövqe tutaraq Azərbaycanın 20 faiz torpağını işğal edib. Son zamanlarda baş verən olaylar, Ermənistanın atəşkəs rejimini pozaraq mülki əhalini hədəf alması hadisələri pik həddə çatdırdı.
Cəbhədən gələn xəbərlər dünya mediasının gündəm xəbərinə çevrildi. Hər zaman Azərbaycanın yanında olan, ondan köməyini əsirgəməyən qardaş Türkiyənin ürəyi yenə də Azərbaycanla bir döyünür.
Cəbhənin hər anını, hər dəqiqəsini diqqətdə saxlayan Türk mediasının xəbər lentindən Azərbaycanın, Qarabağın adı düşmür. Azərbaycan ordusunun şücaətindən, Azərbaycanın haqq savaşından ən çox şərh, müsahibə, xəbər verən telekanallardan biri də Haber-Qlobaldı.
Xəbər aparıcısının sevinclə dediyi kimi,”Minlerle insan Karabağa, kendi evlərinə dönücəklər! Karabağ Azerbaycandır”!
Bəli, biz o günü səbirsizliklə gözləyirik!
Təşəkkürlər, Türkiyə!
Agsaqqallar.az