Xalq prezidentin ətrafında ordu kimi birləşib, qələbə bizimdir” – Ramin Əhmədov
“Prezident İlham Əliyevin cəbhə xəttindəki erməni təxribatları ilə bağlı xalqa müraciət etməsi çox əhəmiyyətli hadisədir. Ölkə başçısı öz çıxışı ilə xalqın dövlətə və orduya güvənc hissini daha da artırdı. Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşib və zəfər xəbərləri gözləyir. Prezident də öz çıxışıda Azərbaycan Ordusunun qələbə qazacağını əminliklə dilə gətirdi. Bu fikirlər Azərbaycan xalqına böyük ruh verir, xalqı düşmən qarşısında əzmlə dayanmağa sövq edir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezident İlham Əliyevin cəbhədəki düşmən təxribatı ilə bağlı xalqa müraciəti barədə danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Prezident İlham Əliyev BMT-nin iclasında da erməni işğalçılarını ifşa edib və bütün həqiqətləri dünya birliyinin diqqətinə çatdırıb: “Prezident Ermənistanı idarə edənlərin hansı mənəvi mahiyyətə sahib olduğunu dünya birliyinə bəyan etdi. Düşmən ordusunun Azərbaycanın mülkü əhalisinə hücum etməsi Prezidentin BMT-dəki çıxışının sübutlara dayandığını bir daha təsdiq edir”.
YAP rəsmisi qeyd edib ki, Azərbaycan xalqının belə çətin dönəmdə birlik nümayiş etdirməli olduğunu deyib: “Biz Ordunuzun qələbəsinə əminik. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında güclü ordu qurub. Bu ordu Azərbaycan torpaqlarının tam şəkildə azad etməyə qadirdi. Əminliklə deyə bilərik ki, yaxın müddətdə Ordumuzun uğurları barədə xəbərlər alacağıq. Bu əminliyi Azərbaycan Prezidetinin xalqa müraciəti daha da möhkəmləndirdi”.