Azərbaycanda pensiya ilə bağlı YENİLİK: Təhsil dövrü staj sayılacaq – RƏSMİ
“Azərbaycanda artıq ali təhsil dövrü ümumi pensiya stajına daxil ediləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov bildirib.
A.Məcidov qeyd edib ki, Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur:
“Hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır. Kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər”.
“30 iyun 2021-ci ilə kimi qadınlar üçün pensiya çıxma yaşı 62 olacaq. Ondan sonra isə pensiya üçün yaş həddi altı ay artırılacaq, – deyə DSMF rəsmisi qeyd edib.