İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub
![](https://agsaqqallar.com/wp-content/uploads/2020/08/ürhtretherher.jpg)
Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin gündəmdə olan aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının bütün sahələr üzrə daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlardan məmnunluq ifadə olunub.
İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə təbrik edib.
Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya tərəfindən gərginliyin artmasına şərait yaradacaq istənilən fəaliyyətlərə yol verilməməsinin vacibliyi vurğulanıb.
![“Mehriban xanımın Prezidenti müşayiət etməsi, səfərlərə xüsusi rəng qatır” – Ramin Əhmədov“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.](https://agsaqqallar.com/wp-content/uploads/2021/05/72606578_2644200222335468_8919897713667997696_n.jpg)
![Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq](https://agsaqqallar.com/wp-content/uploads/2021/01/558998_l2e1ahw60r.jpg)