Koronavirus peyvəndi ilə bağlı şad xəbər: Daha bir ölkə istehsala başladı
ABŞ 100 milyon doza koronavirus peyvəndinin istehsalına başlayır.
ABŞ Prezidenti Donald Tramp biotexnologiya şirkəti “Moderna” ilə 1,5 milyard dollarlıq müqavilə imzalayıb.
Peyvəndin adı “mRNA-1273”-dür. İlkin mərhələdə 100 milyon doza hazırlansa da, növbəti mərhələdə 400 milyon koronavirus peyvəndinin istehsalı nəzərdə tutulur.
ABŞ koronavirus peyvəndinin hazırlanması üçün 1 milyarda dollara yaxın pul ayırıb.