İğdır Aralıq Bələdiyyəsinin başqanı Mustafa Guzelkaya və rəhbərlik etdiyi nümayəndə heyəti TAİB-in ofisində qonaq oldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda səfərdə olan İğdır Aralıq Bələdiyyəsinin başqanı, AK Partinin tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Türk Ağsaqqalları Birliyi – TAİB-in qonağı olub və İdarə Heyətinin təmsilçiləri ilə görüşüblər.

Görüşdə TAİB nümayəndələri təşkilatın gördüyü işlərlə bağlı qonaqlara məlumat verib. TAİB-in sədr müavini Eyvaz Hünbətov qonaqları salamlayaraq Türkiyə -Azərbaycan qardaşlığının yüksək səviyyədə olduğundan söz açaraq qeyd edib ki, iki qardaş ölkənin prezidentləri Rəcəb Tayib Ərdoğanın və İlham Əliyevin şəxsi münasibətləri əlaqələrə böyük təsir göstərir.

İğdır Aralıq Bələdiyyəsinin başqanı Mustafa Guzelkaya Azərbaycanda olmağından məmnunluğunu dilə gətirərək özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirib. TAİB-in fəaliyyətinin sosial şəbəkələr üzərindən, Türkiyə və Azərbaycan mətbuatı vasitəsilə yaxından izlədiyini diqqətə çatdıran qonaq Türkiyə Azərbaycan dostluğunun daha da dərinləşməsinin vacib olduğunu vurğulayıb.

TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar ötən ilin dekabr ayında təmsil etdiyi təşkilat, İğdır Azərbaycan Evi və Aralıq bələdiyyəsinin ortaq təşkilatçılığı ilə İğdırda Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı konfransın yüksək səviyyədə təşkilinə görə Mustafa Guzelkayaya bir daha öz təşəkkürünü bildirib və birgə fəaliyyətin gücləndirilməsilə bağlı təkliflərini səsləndirib.

Görüşdə İdarə Heyətinin digər üzvləri də öz fikir və təkliflərini dilə gətiriblər.

      

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR