Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat: Saxlanılanlar var

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bəzi saytlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb.

Bildirilib ki, icra hakimiyyəti əməkdaşları rüşvət aldıqları üçün saxlanılıb.

Zərdab Rayon İcra Hakimiyyəti yayılan məlumatlara münasibət bildirib.

İH-dən verilən açıqlamaya görə, hadisə ötən gün gunorta saatlarında baş verib:

“İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.

Onların nəyə görə saxlanılması barədə bizdə məlumat yoxdur. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov dindirildikdən sonra sərbəst buraxılıb”.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR