Özbəkistanın nüfuzlu elm adamı, professor Erkin Nuriddinovun TAİB-in Təşkilat Komitəsinin sədrilə telefon danışığı olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovun Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri akademik Sudeif İmamverdiyevlə telefon danışığı olub. Özbək professoru təşkilat sədrini təşkilatın yaranması münasibətilə təbrik edib və uğurlu fəaliyyət göstərməsini təqdir etdiyini bildirib. Bu təşkilatın fəxri təmsilçisi olaraq Özbəkistan türklərinin seçilən ahıl insanlarının bu platformada yenidən birlik olacağını deyib. Gələcək fəaliyyətdə lazımi dəstək verəcəklərini və Özbəkistanda nümayəndəliyin açılması üçün gərəkli addımları atacağını söyləyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR