Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“İyunun 25 və 26-da its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən səhv SMS-lərin ümumi statistikaya heç bir təsiri yoxdur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, yanlışlıq, sadəcə, SMS-lərlə bağlı olub:

“SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədardır. İyulun 27-dən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək”.

Qeyd edək ki, agentliyin iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən səhv olması ilə bağlı açıqlamasından sonra sosial şəbəkələrdə baş verən yanlışlığın ümumi statistikaya təsiri haqqında iddialar yer alıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR