Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum etdi, yaralananlar var
İyul ayının 21 ABŞ-ın Kaliforniya ştatı Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunun qarşısında yüzlərlə ermənidən ibarət Erməni Diasporunun etiraz aksiyası keçirilib.Konsulluğumuzun qarşısında toplanan həmvətənlərimiz ermənilərin yalan və böhtan dolu çağırışlarına etiraz edərkən erməni vandallarının hücumuna məruz qalıblar. Aksiya zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. ABŞ polisinin ərazidə təhlükəsizliyi qorumasına baxmayaraq, onlar erməni vəhşiliyin qarşısını ala bilməyib.
ABŞ–da ermənilərin böyük hissəsi məhz Kaliforniya ştatının Los Anceles şəhərində məskunlaşıb. Son günlər erməni icmasının “təbliğatı” uğursuz keçir.
Qeyd edək ki, paytaxt Vaşinqtonda Azərbaycan Səfirliyinin önündə İyulun 19–da erməni tərəfinin aksiyası da fiyaskoya uğramışdı. Onlar həmyerlilərimiz tərəfindən susdurulduqdan sonra aksiyanı tərk etmişdilər. Eləcə də, bazar ertəsi ABŞ Konqresində Ermənilərə növbəti zərbənin dəyməsi onları daha da aqrressivləşdirib.
Los Ancelesdə ermənilərin aksiyasına etiraz edən və “Qarabağ Azərbaycandır”, ”Ermənistan aqresiyasına son”,”Uşaq qatili Ermənistan” şüarları səsləndirən həmyerlilərimizə qarşı erməni zorakılığı onların bir daha zorakı,vandal və təxribatçı olduqlarının sübutudur.
Xatırladaq ki, Los Ancelesdəki Azərbaycan Konsulluğunun qarşısındakı Azərbaycan əleyhinə aksiyanı ABŞ – dakı əsas erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsi təşkil edib.