Gənc iş adamı və xeyriyyəçi Ayxan Baxşəlizadə ilə müsahibə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müsahibimiz gənc iş adamı və xeyriyyəçi Ayxan Baxşəlizadədir.

– Ayxan bəy, necə olduki xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağa qərar verdiniz? Xeyriyyə cəmiyyətinizin fəaliyyəti ilə bağlı danışmağınızı istəyərdim. Ümumi faliyyətiniz hansı istiqamətdədir və yardıma ehtiyacı olanlara necə kömək edirsiniz?

İlk öncə özümü təqdim edim, mən Baxşəlizadə Ayxan 2000-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. “Baku Oxford School”-u ingilis bölməsi üzrə bitirmişəm. Hal-hazırda universitetin 4-cü kursunda ingilis dili üzrə təhsil alıram. Uşaq yaşlarımdan siyasətlə maraqlanmışam.

Özümü dərk etdiyim vaxtdan etibarən insanlara yardım etməyi çox sevmişəm. Və zaman keçdikdə bunu xeyriyyəçilik fəaliyyətinə çevirməyi qərara aldım və bu addımı atmaga qərar verdim. Hər zaman çalışmışam insanların qayğısına qalım və onların problemlərini həll edim. İnsanlara yardım etməyi, onların yanında olmağı öz ailəmdən görüb götürmüşəm. Valideynlərim hər zaman insanlara və onların ən kiçik problemlərinə qayğı ilə yanaşıblar. Bu da təbii ki mənə aşılanıb.

Xüsusilədə 44 günlük Vətən müharibəsindən sonra daha çox qazilərimizə, şəhid ailələrinə xüsusi diqqət göstərməyə çalışmışam. Düzdü, şəhid ailələrinə hər zaman xüsusi diqqət göstətmişəm. Mən Milli Məclisdəki 1 il 6 aylıq fəaliyyətim zamanı da hər zaman şəhid ailələri, Aprel döyüşlərində iştirak edən qəhrəman oğullarımızın problemləri ilə maraqlanmağı özümə borc bilmişəm. Bundan başqa istər pandemiya dövründə, istərsə də pandemiyadan əvvəl bir çox xeyriyyə aksiyaları keçirmişik.

Mən hər zaman xalq üçün çalışan insanları özümə örnək götürmüşəm. Hər zaman dövlətçiliyimizin əsasını qoyan  Ümumilli Lider Heydər Əliyevin siyasətinə meyl göstərmişəm.  Heydər Əliyev olmasaydı Azərbaycan olmayacaqdı, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin təməlini qoydu. Ona görə hər birimiz Heydər Əliyevə borcluyuq.

– Ayxan bəy, gələcək hədəfləriniz nədir? Fəaliyyətinizi hansı istiqamətdə genişləndirmək istəyirsiz?

Öz fəaliyyətimi dövlətçilik istiqamətində davam etdirmək fikrindəyəm və davam edəcəm. İnşallah növbəti Parlament seçkilərində bir millət vəkili kimi namizədliyimi irəli sürmək niyyətindəyəm. Eyni zamanda mənim ailəmdə Milli Məclisi uğurla təmsil edən insanlar var. Mən də inanıram ki, onların getdiyi bu uğurlu yolu davam etdirəcəm və fəaliyyətimdə uğurlar qazanacam. Əslində gələcək hədəflərim çoxdur, saymaqla bitməz. Amma ümumi olaraq onu deyə bilərəm ki, seçdiyim hədəflər xalqımız üçün çox yararlı olacaq.

– Ayxan bəy, həm təhsil alırsız, həm geniş xeyriyyə fəaliyyəti ilə məşğul olursunuz, həm də işləyirsiniz. Eyni zamanda bu qədər işləri və məsuliyyəti çatdırmaq sizə çətin olmur?

Hər bir işin öz çətinliyi və məsuliyyəti var. Əgər insan bir işi sevərək edirsə, bu zaman çətinliyi hiss eləmir. Mən həm ali təhsil alıram, həm xeyriyyə işləri ilə məşğul oluram çünki insalara kömək etmək, onlara qayğı göstərmək mənə çox xoş təsir bağışlayır. Həm də işləyirəm. Bu da mənə çox xoş təsir bağışlayır çünki mənə valideynlərim tərəfindən əmanət olunan bir işi yürütmək çox məsuliyyətli işdir amma mən işimi sevərək etdiyimdən mənə heç bir çətinlik olmur.

– Ayxan bəy yaşınızın az olmasına baxmayaraq istər təhsil sahəsində, istər ictimai-siyasi və xeyriyyəçilik sahəsində istərsə də karyeranızda bir sıra uğurlar əldə etmisiniz. Sizcə uğur qazanmağın əsas sirri nədədir?

Uğur qazanmağın başlıca meyarları dəqiqlik, etibarlılıq, öz məqsədlərini həyata keçirmə bacarığı və ən əsası özünə güvənməkdir. İnsanın özünə güvəni olmasa heçnə əldə edə biməz.

– Bildiyimiz kimi keçən il Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu qələbə qazandı. Bu barədə ümumi fikirləriniz maraqlı olardı.

Təbii ki, hər bir Azərbaycanlı kimi mən də çox sevindim və böyük qürür hissi  keçirdim. Mən Vətən  Müharibəsi başladığı gündən etibarən ordumuzun və Cənab Prezidentimizin qələbə qazanacağına inanırdım. Möhtərəm Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev gecəsini gündüzünə qataraq ölkəmizin ərazi bütövlüyü üçün əlindən gələn hər şeyi etdi. Və nəticədə 30 il müddətində mənfur ermənilər tərəfindən işğal olunmuş ərazilərimizi DƏMİR YUMRUQ əməliyyatı ilə işğaldan azad etdi.

                                                                                                                                

– Və sonda ictimai siyasi həyatda uğur qazanmış bir gənc olaraq gənclərə nə demək istərdiniz?

Gənclərə demək istədiyim odur ki, hər zaman istək və məqsədlərinizin arxasınca gedin. Dünya görüşünüzü artırın və ən əsası hər şeydən öncə vətənimizə, xalqımıza layiqli vətəndaş olun.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR