" />

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Əziz media nümayəndələri, hörmətli jurnalistlər! Bu gün Milli Mətbuat Günüdür! Sizin bayramınızdır!
Azərbaycan jurnalistikası ilkin dövrlərdən fərqli olaraq bu gün çox güclüdür, onun fəaliyyət dairəsi daha genişdir. Çünki Azərbaycan mediası indi dövlət qayğısıyla əhatələnib. Jurnalistlərin fəaliyyəti və rifah halının yaxşılaşdırılması üçün möhtərəm prezidentimiz lazımi tədbirlər həyata keçirir, onların gücünə arxalanır.
22 iyul tarixi Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün azad mətbuatımızın azad söz insanları informasiya müharibəsində şərəflə mübarizə aparır, geniş fəaliyyət göstərirlər.
Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir.
Həm Qarabağ, həm də ölkənin həyatında baş verən bütün hadisələrdə mətbuatımız informasiya müharibəsində ləyaqətlə mübarizə aparır, ölkənin imicini qorumağa çalışır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.
Əziz media nümayəndələri, dəyərli jurnalistlər!
Sizə arzularım həmişə olduğu kimi dəyişməzdir.
Mən öz adımdan və rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından sizin peşə bayramınızı ürəkdən təbrik edir, sizə bu şərəfli işdə uğur və nailiyyətlər arzulayıram!
Qələminiz iti olsun!
Qələbə sevincini sizdən eşitmək arzusuyla;
Fəttah Heydərov,
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR