Putin Təhlükəsizlik Şurasının iclasında Tovuzdakı vəziyyəti müzakirə etdi
![](https://agsaqqallar.com/wp-content/uploads/2020/07/b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_putin.png)
Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, Rusiya tərəflər arasında atəşkəsin elan olunması üçün vasitəçilik etməyə hazırdır:
“Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub. Vasitəçilik fəaliyyətinə hazırlıq, tərəflərin atəşkəsi təmin etməsinə təcili ehtiyacın olması vurğulanıb”.