Azərbaycan Ermənistan bölgələrinin qaz təchizatını da sıradan çıxardı
Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində eskalasiya səbəbindən sərhəd kəndlərinin qaz kəmərləri şəbəkələri sıradan çıxıb.
Erməni KİV-ləri bu barədə “Qazprom Ermənistan”a istinadən məlumat yayıblar.
Bildirilir ki, sərhəddə yerləşən Aygepar, Nerkin Karmiraxpyur və Çinari kəndlərində qaz təchizatı qismən dayandırılıb.
Şirkət qaz boru kəmərlərinin təmirinin və qaz təchizatının bərpasının yalnız vəziyyətin sabitləşməsindən sonra mümkün olacağını bildirib.