Azərbaycanda dəmir yollarında gediş haqları təmassız olacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu ilin sonunadək “RBC Consulting” şirkəti Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi Bank və VISA ödəmə sistemi ilə birgə “Azərbaycan Dəmir Yolları”nın şəhərətrafı qatarlarında gediş haqlarının təmassız, bank kartları ilə ödənilməsi üzrə layihənin tətbiqini başa çatdırmaq niyyətindədir.

Bunu trend-ə “RBC Consulting”in direktoru Rəşad Rəhimov deyib.

Onun sözlərinə görə, əvvəlcə yalnız Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda təmassız ödəniş sisteminin tətbiqi planlaşdırılsa da, digər istiqamətlər üzrə də sərnişin axını nəzərə alınmaqla tərəfdaşlar bu layihəni genişləndirməyə qərar verib.

R.Rəhimov bildirib ki, layihə gələcəkdə sərnişindaşımanın digər sahələrinə də maraqlı ola bilər.

Hazırda layihənin sınaqları keçirilib və şirkətlər bunu ilin sonunadək reallaşdırmağa hazırdır:

“Layihənin təqdimatı yayın əvvəlinə planlaşdırılsa da, pandemiyaya görə təxirə salınıb.

Təmassız texnologiyalarından istifadə bütün dünyada ödəmə sistemlərinin inkişafı baxımından prioritet istiqamətdir. Bu cür layihə Azərbaycan ərazisində ilk dəfə reallaşdırılır və dəmiryol nəqliyyatında ödəmə üsullarına yanaşmanı qlobal dəyişdirə bilər”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR