Azərbaycanda daha bir icra başçısının müavini koronavirusa yoluxdu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və əməkdaşlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən test analizlərinin nəticələri məlum olub.

Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib. 

Məlumata görə, Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənovun testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən o, ev şəraitində karantinə alınıb. Hazırda C.Həsənovun evdə müalicəsi davam etdirilir.

Goranboy RİH-in başçısı və digər əməkdaşlarının koronavirus testinin nəticələri isə neqativ olub.

Qeyd edək ki, daha əvvəl Samux RİH başçısının müavini Qəzənfər Əliyev koronavirusa yoluxmuşdu. Q.Əliyev iyunun 20-də müalicə edildiyi Goranboy RMX-da dünyasını dəyişib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR