“Türkün taleyi” Ankarada-“Türk Ocakları”da

Yazı fontunu küçültür Yazı fontunu büyütür

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə xalq şairi Zəlimxan Yaqubun “Türkün taleyi” kitabının Ankarada ilk təqdimat mərasimi keçirilib.

“Türk Ocaqları” Baş Qərargahında keçirilən təqdimatda Qǝnirǝ Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

“Türk Ocaqları”nın başqanı Mehmet Öz, “Türk Ocaqları” İdarə Heyəti üzvləri, Ocağın gənc üzvləri və başqa qonaqlar təqdimatda iştirak edib.

M.Öz salamlama çıxışında Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin keçmişdəki və günümüzdəki durumundan, Qarabağ Zəfərinin önəmindən danışıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Qǝnirǝ Paşayeva təqdimatda geniş nitq söyləyərək türk birliyi, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və Qarabağ müharibəsindən söz açıb.

Xalq şairi Zǝlimxan Yaqubun türk dünyasına, o cümlədən qardaş Türkiyəyə sonsuz sevgi-sayğısından, Türkiyənin, türk dünyasının yüksəlişini, Qarabağda qazanılacaq qələbəni şair fəhmi ilə – bütün aydınlığı ilə öncədən görməsindən danışıb:

“Mən Zəlimxan müəllimlə ailə dostu olmuşam. Onun ailədə, cəmiyyətdə, parlamentdə, türk dünyasında və əlbəttə, şeir-sənət dünyasında necə sayğılı, etibarlı bir yerə sahib olduğunu görmüşəm. Şairin haqqın rəhmətinə qovuşmasından 5 ildən çox vaxt keçsə də, onun dillər əzbəri şeirlərinə, ümumən şəxsiyyətinə və yaradıcılığına maraq azalmamışdır.

“Türkün taleyi”nin ilk təqdimatı üçün ən uyğun yerlərdən birinin məhz “Türk Ocaqları” olduğuna inanıram. Necə deyərlər, amal eyni, yol eyni, baxış eyni…”

Sonra heyət üzvləri – Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, “Ozan dünyası” jurnalının baş redaktoru, əməkdar mədəniyyət işçisi Musa Nǝbioğlu, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”nın sədri Səkinə Babayeva, “Dədə Əlǝsgǝr Ocağı” İctimai Birliyinin başçısı Xǝtai Əlǝsgǝrli çıxış edib, ürək sözlərini bölüşüb.

Təqdimatda Zǝlimxan Yaqubun şeirlərindən örnəklər oxunub.

Təqdimatın sonunda Azərbaycan heyəti “Türk Ocaqları”na və tədbir iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Öz növbəsində “Türk Ocaqları” Azərbaycan nümayəndə heyətinə hədiyyələr təqdim edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR