" />

Ramin Əhmədov: “Heç bir Azərbaycan vətəndaşı dövlət qayğısından kənarda qalmır və bundan sonra da qalmayacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Dövlət elə bir iqtisadi mexanizm qurub ki, koronavirusa görə ayrılan yardımdan hər bir Azərbaycan vətəndaşına pay düşür. Bunu karantin dövründə Azərbaycanın yürütdüyü sosial siyasəti qiymətləndirən təşkilatlar rəylərində də qeyd edirlər”.

Bu sözləri YAP Nizami rayon Təşkilatının sədr müavini, xeyriyyəçi Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, bu rəylərdə həmçinin dövlətin koronavirusa qarşı apardığı mübarizənin diqqətçəkən elementləri, həyata keçirilən qabaqlayıcı tədbirlər də yer alır.

“Ümidvaram ki, ölkəmiz hər bir böhran vəziyyətdən üzüağ çıxdığı kimi, bu sıxıntını da əzmlə adlayacaq. Çünki xalq öz prezidentinə inanır və güvənir. Qabaqlayıcı tədbirlər də bunun isbatıdır ki, Azərbaycan daha az itkiylə bu çətin dönəmdən keçən ölkələr sırasındadır,  heç bir Azərbaycan vətəndaşı dövlət qayğısından kənarda qalmır və bundan sonra da qalmayacaq”-deyə R. Əhmədov vurğulayıb.

Qeyd edək ki, Ramin Əhmədov “Evdə qal” aksiyasının fəallarındandır. Mart ayının 20-dən başlayan  aksiya may ayının 5-dək davam edəcək.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR