Azərbaycan Prezidenti Xalq artistinə ad günündə ev bağışladı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, aktyor, ssenari müəllifi Vidadi Həsənova ev hədiyyə edib.

Dövlət başçısı tərəfindən hədiyyə edilən 3 otaqlı mənzilin açarları Xalq artistinə təqdim olunub.

Belə ki, Prezident İlham Əliyev V.Həsənova mənzili onun doğum günündə (iyulun 16-da – red) hədiyyə edib.

Xalq artisti dövlət başçısına təşəkkür edib:

“Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusi ilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də, sadəcə, tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma, mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə – istəyirsiz inanın, istəyirsiz yox – məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, V.Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

O, 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına, 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR