Qəbələ şəhər dindarları Fəttah Heydərovu təbrik etdilər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

(23 fevral Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun ad günüdür. Bu münasibətlə gələn təbrik məktublarının ardı arası kəsilmir. Növbəti təbrik Qəbələ şəhər Dindarlarının məscidi Dini İcması tərəfindən göndərilib Məktubu olduğu kimi dərc edirik).

 

Qəbələ şəhər Dindarlarının məscidi Dini İcması tərəfindən 

Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı,

Azərbaycan Ağsaqqallar şurasının sədri, çox hörmətli böyüyümüz

Fəttah  Heydərov cənablarına 

Çox Hörmətli Fəttah müəllim! Əvvəlcə sizi Uca Yaradanın əs-Səlam adı ilə salamlayırıq.

Hörmətli Fəttah müəllim, dəyərli Ağsaqqalımız! Qəbələ şəhər dindarları olaraq sizi ad gününüz münasibəti ilə təbrik edir, Uca Allahdan sizə və ailənizə uzun ömür, can sağlığı və iman dolu həyat arzu edirik.

Biz Qəbələ dindarları olaraq sizi özümüzə hər zaman mənəvi dayaq olaraq görmüş və hər zaman sizin dəstəyinizi hiss etmişik. Günü-gündən inkişaf edən ölkəmizdə, o cümlədən rayonumuzda aparılan quruculuq, abadlıq və yenidənqurma işlərində sizin xidmətləriniz danılmaz faktdır. 2004-cü ildə Qəbələ şəhər Mərkəzi Cümə Məscidinin restavrasiya olunması və 2013-cü ildə Qəbələ şəhər Yeni Məscidin tikilərək dindarların xidmətinə verilməsi sizin xeyir duanız ilə olmuşdur.

Biz hər zaman sizə duaçıyıq. Hər cümə namazından sonra bu məscidlərdə ölkəmizə, ölkə rəhbərimizə, sizlərə, ordumuza dua edir, Uca Allaha bu torpaqlara naməhrəm əlinin dəydirməməsini niyaz edirik.

Hörmətli Fəttah müəllim! Bir daha sizi təbrik edir, sizə can sağlığı və uzun ömür arzu edirik. Allah-Təala imanınızı kamil, ömrünüzü bərəkətli, xidmətlərinizi də daim eyləsin.

 

Hörmətlə: Qəbələ şəhər dindarlarının məscidi dini icması adından

Hacı Ceyhun Rüstəmov (icma sədri)

Saleh Şirinov (icma üzvü)

Həzi Aslanov (icma üzvü)

Laçın Ağalarov (icma üzvü)

Qəbələ şəhəri,  22 fevral 2019-cu il.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR