Sabiq dövlət qulluqçusu, professor  İbrahim Quliyev TAİB-ə üzv oldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Uzun illər  Astara rayonunun icra başçısı işləmiş İbrahim Quliyev  Türk Ağsaqqaları Birliyi-(TAİB)-in mərkəzi ofisinin qonağı olub.

Qonağı ehtiramla qarşılayan təşkilatın İdarə Heyətinin üzvləri  qonağı  təşkilatın ofisi ilə tanış edib, TAİB haqqında ümumi məlumat verib. TAİB-in sədr müavini Eyvaz Hünbətov, İntizam Komissiyasının rəhbəri Nüsrət Paşayev, xarici əlaqələr üzrə sədr müavini Elnur Eltürk və İcra Aparatının rəhbəri Nicat Dağlar qonağa təşkilatın  bu günə kimi gördüyü işlər barədə, fəaliyyət istiqamətindən, məqsəd və məramından söhbət açıblar.

Sabiq icra başçısı, hüquq elmləri doktoru, professor İbrahim Quliyev təşkilatla bağlı məlumatlı olduğunu, fəaliyyət istiqamətini təqdir etdiyini bildirib. Türk dünyasına xidmət edən, alimləri, ziyalıları, dövlətçiliyimizə xidmət edən insanları bir araya toplayan TAİB-ə üzv olmaqdan məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor İbrahim Quliyev 2003-cü ildən Milli Aviasiya Akademiyasının  “Hüquqşünaslıq” kafedrasına rəhbərlik edir. Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasına sədrlik edir. Professor İbrahim Quliyev 250-dən artıq elmi əsərin, o cümlədən dərslik, dərs vəsaitləri, monoqrafiyalar, elmi məqalələr və elmi-metodik vəsaitlərin müəllifidir. Həmçinin, o,  çoxsaylı dərslik, dərs vəsaitləri, monoqrafiyalar və elmi-metodik vəsaitlərin elmi redaktoru olmuş və rəylər vermişdir. Professor İ. Quliyev 40-a yaxın hüquq üzrə fəlsəfə doktorlarına elmi rəhbərlik etmiş, 2 hüquq elmləri doktorunun elmi məsləhətçisidir. Onlardan 20 iddiaçı artıq hüquq üzrə fəlsəfə doktorluğunu müdafiə edərək alimlik dərəcəsi almışdır.

1993-2001-ci illərdə Astara rayon icra başçısı vəzifəsində çalışıb.

Sabiq dövlət xadimi İbrahim Quliyev nümunəvi fəaliyyətinə və qüsursuz xidmətlərinə görə fəxri fərmanlara layiq görülmüş və çoxsaylı medallarla təltif olunmuşdur.

İdarə heyətinin qərarı ilə tanımış professor TAİB-in üzvləri siyahısına daxil edilib.

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR