Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib
Martın 16-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.
İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Hesabatı Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təqdim edib.
Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər.