FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyəyə növbəti yardım karvanı yola düşür.

Agsaqqallar.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınır.

Qeyd edək ki, bu, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınan 3-cü nəqliyyat karvanıdır. Humanitar yardım karvanı 9 yük maşınından ibarətdir.

Məlumata görə, budəfəki yardım karvanında 1015 ədəd çadır və 240 ədəd qızdırıcı sobalar göndərilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR