Prezident icra başçılarını Bakıya topladı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu gün Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans işə başlayıb.

Konfransda hökumət və dövlət rəsmiləri, rayon və şəhər İcra Hakimiyyətinin başçıları iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər.

Dövlətimizin başçısı konfransda yekun nitqi söyləyir.

 

Bəsti İsrafilova

Ağsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR