Prezident İlham Əliyevin Münhendə sərgilədiyi mövqe Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun növbəti təzahürü idi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qloballaşan dünyanın bir parçası olmaq və bu inteqrasiyada nüfuzlu sırada yer tutmaq hər bir ölkənin xəyal etdiyi arzulardır.

Dünya nizamının dəyişdiyi bir dövrdə bu təlatümlərdən yan keçmək, rəhbərlik etdiyin ölkəni sabitlik adasına çevirmək insanda bir hünər istər. Bu, çətin və təlatümlü dönəmlərdə öz müsbət liderlik reputasiyasını qorumağı bacaran cənab Prezident İlham Əliyev dünyanın bir çox nüfuzlu şəxslərinin təbirincə desək istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə lider olmağı bacardı. Bu xarizmatik keyfiyyətin başlıca səbəbi onun Heydər Əliyevin oğlu olmağında idisə, digər səbəbləri isə İlham Əliyevin peşəkar diplomat kimi yetişməsi, gərgin əməyinin və zəhmətinin bəhrəsi idi.

Cari ilin fevral ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos Gmbh” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşmüşdür. Görüşdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inklişafı və şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verildi. İqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edildi. Qarşılıqlı fikir mübadiləsi zamanı Azərbaycanın regionlarının 2020-2024- cü illəri əhatə edən inkişaf planından, sənayenin inkişafı istiqamətində görülən işlərdən, bu prosesdə alman şirkətlərinin iştirak etməsinin əhəmiyyətindən bəhs edildi. Eyni zamanda, Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan, ölkəmizin enerji resurslarının Avropa üçün nə dərəcədə əhəmiyyətli olması vurğulandı. Görüş zamanı Azərbaycan və Almaniya biznes mühitini bir araya gətirən biznes forumlarının keçirilməsinin əhəmiyyəti qeyd edildi. O cümlədən, Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə qarşılıqlı əməkdaşlığın faydaları müzakirə olundu.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində 18 fevral tarixində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda da bir sıra vacib məqamlara toxundu. O, dedi;” Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri”;
Panel müzakirələr zamanı Ermənistanın Baş naziri Nikol Paşınyanın “Dağlıq Qarabağ” ifadəsi işlətməsi və hələdə bölgəni “Dağlıq Qarabağ” kimi dünyaya sırıması onun nə qədər məkrli mövqe nümayiş etdirməsini bir daha aydın şəkildə biruzə verirdi. Həmişə olduğu kimi, yenədə ustalıqla və peşəkarcasına oponentini faktlarla və dəlillərlə susdurmağı bacaran Prezident İlham Əliyev bildirdi: “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə bir anlaşma vardır. Hər kimsə iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını qazanacaqdır”.
Prezident İlham Əliyev həmişə istər mötəbər beynəlxalq tədbirlərdə, istərsədə xarici və yerli media mənsubları ilə görüşdə konstruktiv və ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsi ərəfəsində də onun ölkəmizin mövqeyini necə səbr və təmkinlə, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində müdafiə etməsi İlham Əliyevin uzaqgörən və böyük siyasətçi olmağının növbəti təntənəsi idi. Azərbaycan xalqı bütün varlığı ilə Prezident İlham Əliyevə inanır və etibar edir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqilliyi, tərəqqisi və inkişafı naminə xalqımızın monalit olmasını arzu edirəm…

Mürvət İbrahimov
Tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR