20 yanvar hadisələrinin üzərindən 100 illər keçsə belə, xalqımızın yaddaşından silinməyəcək
“20 yanvar hadisələri xalqımızın qəhrəmanlıq dastanıdır.”
Bu sözləri “Türk Dünyası Ağsaqqaları Qəzeti”nin baş redaktoru Ramin Əhmədov bildirib.
“Nəhəng sovet imperiyası xalqımızın azadlıq hissini güc yolu ilə ala bilmədi. İmperiyanın rəhbərləri 20 yanvar hadisələrindən sonra xalqımızın azadlıq ruhunu boğa biləcəyini düşünsələr də, sonrakı hadisələr göstərdi ki, imperiyanın planları puç oldu. Milyonlarla insan birlik nümayiş etdirdi.”
R.Əhmədov onu da qeyd etdi ki, imperiyanın 20 yanvar cinayətlərinə qarşı ilk etirazın ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilməsi beynəlxalq aləmin diqqətini bu dəhşətli hadisələrə yönəltdi. O zaman bunu etmək özü böyük bir risk tələb edirdi və ümumilli lider bütün siyasi təzyiqlərə baxmayaraq buna getdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!