“Çelsi” komandası hesab arasındakı fərqi artırıb YENİLƏNİB
Matçın 36-cı dəqiqəsində Eden Hazardın ötürməsindən sonra Villian dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.
21:20
Görüşdə hesab matçın 19-cu dəqiqəsində açılıb. Referi matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib. “Qarabağ”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard oyunda hesabı açıb – 0:1.
21:00
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda Londonun “Çelsi” klubu ilə qarşılaşır.
Agsaqqallar.az xəbər verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Dmitri Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Rzezniçak, Donald Gerye yer alıblar.
London təmsilçisinin ilk on birliyində isə meydana Tibo Kurtua, Anton Rüdiger, Markos Alonso, Sesk Fabreqas, Nqolo Kante, Eden Azar, Pedro Rodrigez, Davide Zappakosta, Villian, Sezar Azpiliketa və David Luiz çıxacaqlar.
Oyunu portuqaliyalı referi Manuel De Sousa idarə edir.
UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1).
Hazırda hesabında 8 xal olan “Roma” qrupda birinci pillədə qərarlaşıb. “Çelsi” 7 xalla ikinci, “Atletiko Madrid” 3 xalla üçüncü, hesabında 2 xalı olan “Qarabağ” isə sonuncudur.
Bəsti İsrafilova
Agsaqqallar.az