Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycanın mədəniyyət ensiklopediyası hazırlanır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Azərbaycanın mədəniyyət ensiklopediyası hazırlanır.

Agsaqqallar.com xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Mədəniyyət komitəsi Heydər Əliyevlə bağlı bir sıra layihələrə dəstək verir və bu layihələrdən biri də “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı layihədir:

“Parlamentdə Heydər Əliyevin 100 illiyi ilə bağlı film hazırlanır. Biz Mədəniyyət komitəsi olaraq Heydər Əliyevlə bağlı bütün layihələrə dəstək verməyə hazırıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR