Məhkəmə MTN generalının vəsatətini qismən təmin edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil İlyas Kərimov APA-ya açıqlamasında deyib ki, prosesdə əlavə şahidlər dindirilib.

Bildirilib ki, prosesdə Sübahir Qurbanovun vəkili Adil İsmayılov əlavə şahidlərin dindirilməsi və bəzi sənədlərə baxılması ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti qismən təmin edib.

Proses davam etdirilir.

İttihama görə təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) və digər maddələri ilə ittihamlar irəli sürülüb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR