Cəbhədə atəşkəs yenidən pozuldu: Snayper tüfəngləri işə düşdü
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxşar Xəbərlər
- TAİB-in İH üzvü Akif Rufullayev:” “Bacılar”ın bu mövsümdə son teatrlasdırılmıs tamaşası, “bizim” yerli və qastroldakı soysuz daşlarını növbəti dəfə dövlətimizə, iqtidara əsassız və gülünc ittihamlara sövq etdi”
- Azərbaycanda 4403 yeni yoluxma qeydə alındı: 42 nəfər vəfat etdi
- Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası beş gündür davam edir