" />

“Bizə uzanan əllər” layihəsi çərçivəsində imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri 

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Agsaqqallar.az  xəbər verir ki, 18 noyabr 2017-ci il tarixində “Yaşıl bağ” restoranında Azərbaycan Ağsaqqallar Şurasının “Bizə uzanan əllər…” layihəsi çərçivəsində imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirilib.

Günay İmanın təşkilatçılığı ilə baş tutan tədbirdə  30-dan artıq imkansız ailələrin uşaqlarına müxtəlif hədiyyələr verilib, onlar üçün musiqi proqramı təşkil edilib. Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının məclis üzvü Mayıl Əliyev xeyriyyə tədbirinin əhəmiyyətindən danışıb, layihənin 2006-cı ildən keçirildiyini və artıq ənənənə halını aldığını deyib:

“Bu layihə “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə yaranıb. On ildən çox davam edən layihə çərçivəsində təşkil olunan tədbirlərdə az imkanlı, yaxud valideyn himayəsindən məhrum olan ailələrin uşaqları sevinir, onlar üçün musiqi proqramı, əyləncə tədbirləri təşkil olunur. Bu işdə əməkdaşlarımızın da rolu böyükdür. Bu günkü tədbir Günay İmanın təşkilatçılığı ilə keçirilir. Biz aztəminatlı ailələrə öz qayğımızı bundan sonra da göstərəcəyik, hər zaman onların yanında olacağıq. ”.

Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktor müavini Şərafət Şəfa “Bizə uzanan əllər…” xeyriyyə tədbirlərinin təkcə şəhər daxilində deyil, cəbhə bölgələrində də təşkil olunduğunu diqqətə çatdırıb:

“Əsasən valideynsiz əsgərləri hədəf seçmişik. Eyni zamanda qocalar və körpələr evini tez-tez ziyarət edirik. Bu bizim vətəndaşlıq borcumuzdur. Bugünkü tədbiri keçirməkdə məqsədimiz də körpələrin qəlbinə kiçik sevinc bəxş etməkdir. Sağ olsunlar, xeyirxah insanlar, müxtəlif şirkətlər. Onları hər zaman öz yanımızda görürük, bizə yaxından dəstək verirlər. Bu işdə ən böyük yük əməkdaşımız Günay İmanın boynuna düşür. Günay İman xeyriyyəçi bir xanım olduğu üçün biz bu layihəni ona həvalə etmişik. Eləcə də onun həyat yoldaşı Fərid İman bizim bütün tədbirlərimizdə bizə musiqi tərtibatçısı kimi dəstək olur. Elimizin xeyirsevər insanları sayəsində çox ailələrə işıq, nur, sevinc apara bilirik”.

Mətbuata açıqlama verən Günay İman qeyd edib ki, bu mənim çoxdankı arzum idi. O, vurğulayıb ki, Allah imkan versin imkansızlara əl tutum. Mən istəyirəm hamı sevinc içində yaşasın, köroələrimiz həmişə xoşbəxt hiss etsinlər özlərini. Nə qədər ki, canım sağdı mən bu missiyamı davam etdirəcəm.n Mənə bu işdə həmişə həyat yoldaşım dəstək olub. Biz uşaqları çox sevirik və hər bir uşağa da öz övladımız kimi yanaşırıq.

Tədbir konsert proqramı ilə davam etdirilib.

ağsaqqallar.az

  

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR